Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna ordusunun atdığı mərmi ilə tamamilə dağıdılan sərhəd zastavasının qalıqlarının görüntülərini yayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, atılan mərmi Rusiya-Ukrayna sərhədindən təxminən 150 metr aralıda, Rostov vilayətindəki sərhəd zastavasına düşüb. Bina tamamilə dağılıb, lakin itki olmayıb.
Videoda ətrafdakı dağıntılar fonunda Rusiyanın dövlət bayrağının olduğu görünür.
Müşviq Tofiqoğlu
KONKRET.az
