Rusiya ABŞ-da keçiriləcək G20 sammitində ən yüksək səviyyədə iştirak etməyə dəvət olunub, lakin hələlik heç bir qərar qəbul edilməyib.
KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.
“Ən yüksək səviyyədə iştirak etmək üçün dəvət var. Amma tarixə yaxın baxacağıq, Allah bilir o vaxta qədər nələr olacaq”, – Pankin bildirib.
