Rusiya hakimiyyətindən orduya TAPŞIRIQ: “Mariupolda cinayətlərin izini itirin!”backend

Rusiya hakimiyyətindən orduya TAPŞIRIQ: "Mariupolda cinayətlərin izini itirin!"

Rusiya ordusunun dinc əhaliyə qarşı törətdiyi cinayətləri gizlətmək üçün Mariupolda Rusiya səyyar krematoriyaları (meyitlərin yandırılması) işə salınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası açıqlama yayıb.

Qeyd olunub ki, Buçadakı qətliamın dünyada əks-səda doğurmasından sonra Moskva rəhbərliyi orduya Mariupoldakı cinayətlərinə dair sübutların məhv edilməsi barədə göstəriş verib.

“Qatillər izlərini gizlətməyə çalışırlar. Mariupolda Rusiyanın səyyar krematoriyaları fəaliyyətə başlayıb. Biz bir həftə əvvəl ehtiyatla 5000 nəfərin öldüyünü elan etmişdik. Amma şəhərin böyüklüyünü, fəlakətli dağıntıları, blokadanın müddətini və şiddətini nəzərə alaraq, müqavimət göstərsək, on minlərlə mülki qurban ola bilər” – deyə məlumatda qeyd olunub.

İddia olunub ki, ruslar meyitlərin yandırılmasını yerli əməkdaşlara və Donetskdən olan separatçı qruplara həvalə ediblər.

Günel Mikayıl,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*