Xerson vilayətindən rus hərbçilərinin biabırçı qaçışının videosu ortaya çıxıb.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb. Rus ordusu Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan sonra tələsik qaçmağa başlayıb.
Onlardan bəziləri Dnepr çayının sol sahilinə keçə bilir.
Kadrlardan görünür ki, ruslar əşyaları ilə kiçik qruplar halında Antonovski körpüsünün yaxınlığındakı keçidlə hərəkət edirlər.
Ukraynalı fəal Sergey Sternenko videoya zarafatla “Ruslar gəlir” şərhini yazıb.
Qeyd edək ki, bu yaxınlarda Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində aktiv irəliləyişi bərpa edib. Bununla yanaşı, ruslar öz qoşunlarının regionun sağ sahilindən guya planlaşdırılmış şəkildə çıxarılmasını elan ediblər.
Xuraman Etibarlı,
KONKRET.az
