Rusiya iki ölkənin adını çəkdi: “Qoşun yerləşdirə bilərik”backend

Rusiya iki ölkənin adını çəkdi: “Qoşun yerləşdirə bilərik

“Kuba və Venesuelada qoşun yerləşdirmək Moskvanın təhlükəsizlik təkliflərini rədd edən ABŞ və NATO-ya qarşı variantlardan biridir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Ryabkov ABŞ-ın Moskvanı təxribata çəkib hərbi müdaxilə edəcəyi təqdirdə Rusiyanın müvafiq tədbirlər görəcəyi ilə bağlı xəbərdarlıq edib və ölkəsindən Kuba və Venesuelaya qoşun göndərilməsinin müzakirə mövzusu olduğunu bildirib.

ABŞ və NATO-nun sərt xəbərdarlıqlarına baxmayaraq, Rusiyanın tərəflərlə gərginliyi Ukrayna ilə sərhəddə 10 mindən çox hərbçinin iştirakı ilə keçirilən son hərbi təlimlə pik həddə çatıb.

ABŞ müdafiə nazirinin köməkçisi Evelin Farkas bildirib ki, Rusiyanın tezliklə Ukraynaya müdaxiləsi mümkündür və ABŞ artıq Rusiya ilə müharibəyə hazır olmalıdır./teleqraf/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*