“Rusiyanın yanında olmaq əbədilik məğlub olmaq deməkdir”.
KONKRET.az xəbər verir ki, bu sözləri noyabrın 16-da Solovyovun aparıcılıq etdiyi tok-şouda erməni siyasi şərhçi, jurnalist Hayk Xalatyan deyib. Verilişdə Ermənistan-Azərbaycan sərhədində münaqişənin kəskinləşməsi müzakirə olunub.
Xalatyan çıxışı zamanı bildirib ki, Rusiya ilə dost olmaq məğlub olmaq deməkdir.
“Moskva elə edir ki, Rusiya ilə dost olmaq “uduzan” sözünün sinoniminə çevrilib. “Xarici siyasətdə olduğu kimi, siz Rusiyanın yanındasınızsa, “uduzan”sınız. Çünki Donbasdan başlayaraq, Qarabağ və Ermənistan, Moldova, Ukrayna, Gürcüstan və bütün postsovet ölkələri daxili olmaqla Rusiya ilə dost olmaq məğlub olmaq və həmişə uduzmaq deməkdir. Rusiyanın xarici siyasəti də budur”, – deyə siyasi şərhçi bildirib.
Bu, bütün Ermənistan cəmiyyətinə çox mühüm bir mesajdır. Rusiya öz mənafeyini güdən ölkədirsə, Ermənistan da çörəyi dizinin üstə olan, xain ölkədir.
Xuraman Etibarlı
KONKRET.az
