Rusiya Müdafiə Nazirliyi kiyevlilərə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, Rusiyaya qarşı informasiya hücumlarının qarşısını almaq üçün Ukraynanın yüksək dəqiqlikli silahlarının texnoloji obyektlərinə və Kiyevdəki 72-ci əsas psixoloji xüsusi əməliyyat mərkəzinə zərbələr endiriləcək.
Yaxınlıqda yaşayanlara evlərini tərk etmə barədə xəbərdarlıq edilib.
“Rusiyaya qarşı informasiya hücumlarının qarşısını almaq üçün texnoloji obyektləri və Kiyevdəki 72-ci əsas PSO mərkəzi yüksək dəqiqlikli silahlarla vurulacaq. Biz Ukrayna millətçilərinin cəlb etdiyi Ukrayna vətəndaşlarını Rusiyaya qarşı təxribatlar törətməməyə çağırırıq. eləcə də relay qovşaqlarının yaxınlığında yaşayan Kiyev sakinləri evlərini tərk etsinlər”, – deyə Konaşenkov bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
