Rusiya neftini Avropaya daşıyan boru kəmərində sızma aşkarlandıbackend

Rusiya neftini Avropaya daşıyan boru kəmərində sızma aşkarlandı

Rusiya neftini Avropaya daşıyan “Drujba” boru kəmərinin qərb hissəsində iki xətdən birində sızma aşkar edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Polşanın boru kəməri operatoru olan PERN məlumat yayıb.

Şirkət boru kəmərinin zədələnmiş hissəsinin təmirinə başlanıldığını və axının avqustun 8-də bərpa olunacağını açıqlayıb.

Qeyd edək ki, dünyanın ən böyük neft kəmərlərindən biri olan “Drujba” boru kəməri ilə neft axını Rusiya-Ukrayna müharibəsi başlayandan kəskin şəkildə azalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*