Rusiya Odessadakı neft emalı zavodunu raketlə vurdubackend

Rusiya Odessadakı neft emalı zavodunu raketlə vurdu

Rusiya ordusu Ukraynanın Odessa şəhərində neft emalı zavodunu və yanacaq anbarlarını vurub.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov brifinqdə bildirib.

“Bu gün səhər saatlarında yüksək dəqiqlikli dəniz və hava bazalı raketlər Odessa şəhərində bir neft emalı zavodunu və üç yanacaq-sürtkü materialları anbarını məhv edib. Bundan başqa, hava hücumundan müdafiə sistemləri Kudryaşovka və Şurovka kəndləri yaxınlığında havada iki Ukrayna pilotsuz uçuş aparatını vurub”, deyə Rusiya MN rəsmisi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*