ABŞ vətəndaşlarına təhlükəsizlik səbəbindən dərhal Ukraynanı tərk etməklə bağlı çağırış edilib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi açıqlama yayıb.
“ABŞ vətəndaşlarını Ukraynaya daxil olmamağa, Ukraynada olanları isə yerüstü nəqliyyat vasitələrindən istifadə edərək dərhal bu ölkəni tərk etməyə çağırırıq”, – deyə açıqlamada qeyd edilib.
Qeyd edək ki, bu gün Qərb mediasında Rusiyanın yenidən Kiyevə hücuma hazırlaşdığı barədə xəbərlər yayılıb. Biizm.media
