Rusiya ordusu təkcə Ukraynanı talan etmir. Onların həmçinin öz aralarında da soyğunçuluq halları baş verir.
KONKRET.az unian.-a istinadən xəbər verir ki, rus əsgərləri arasında oğurluq hərəkətləri ilə bağlı səs yazısı yayılıb. Belə ki, əsgərlərdən biri şəxsi əşyalarının oğurlanması ilə bağlı həyat yoldaşına şikayət edib. O bildirib ki, Belarusdakı düşərgədə əsgər yoldaşları onun şəxsi əşayalarını, eləcə də hərbi bilet və pasportunu oğurlayıb.
Səsyazısında hərbçinin həyat yoldaşı ona lazım olan ehtiyaclarını almaq üçün pul göndərəcəyini vəd edir.
Xatırladaq ki, ötən gün Rusiya hərbçilərinin Ukraynada evlərdən qarət etdikləri əşyaları “qara bazar”a göndərdikləri ilə bağlı video yayılmışdı.
Günel Mikayıl,
KONKRET.az
