Rusiya öz büdcəsini neft və qaz hesabına yalnız 10-15 il doldura biləcək – Kreml təşvişlə alternativ axtarırbackend

Rusiya öz büdcəsini neft və qaz hesabına yalnız 10-15 il doldura biləcək – Kreml təşvişlə alternativ axtarır

“Avropanın yaşıl siyasəti, qlobal istiləşmə və iqlim dəyişikliyi Rusiya iqtisadiyyatına ciddi təsir edəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə Anadolu xəbər agentliyində dərc edilən məqalədə qeyd olunub.

Avropa Birliyi (AB) ölkələrinin enerji istehlakı ilə bağlı son məlumatlarına görə, neftin payı 34,8, təbii qazın payı 23,8, kömürün payı 13,6, bərpa olunan enerji mənbələrinin payı isə 18 faiz təşkil edib. Ancaq Avropa Birliyinin yaşıl enerji istehsalını və istehlakını genişləndirmək siyasəti Avropanın enerji səbətində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq.

Siyasətçi və iqtisadçı Anatoli Çubays Qlobal keçidin Rusiya ixracatı üçün nəticələrinin çox böyük olacağını deyib. “Söhbət ümumidaxili məhsulun təxminən 10 faizindən gedir. Bu olduqca ciddi rəqəmdir” – deyə Rusiyanın Hesablama Palatasının sədri Aleksey Kudrin vurğulayıb. O bildirib ki, Rusiya hazırda neft və qaz ixracı ilə büdcəni doldurur. Lakin Kremlin büdcəni bu vasitə ilə doldurmaqdan uzaqlaşması və alternativ yollar tapması üçün sadəcə 10-15 il müddəti var.

Məqalədə qeyd olunur ki, Rusiya üçün iqlim dəyişikliyinin müsbət cəhətlərindən biri də,  əkin sahələrinin genişlənməsi, istilik xərclərinin azalması və Şimal Dəniz Yolundan daha fəal istifadə etməsi fürsəti ola bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*