Rusiya təyyarəsi Belqoroda bomba atıb.
KONKRET.az xəbər verir ki, bu barədə qubernator Vyaçeslav Qladkov teleqram kanalında məlumat verib.
İlkin məlumatlara görə, cümə axşamı axşam saatlarında Belqorodda baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb.
“Orta ağır vəziyyətdə kəllə-beyin travması alan qadın 2 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəsarət alan ikinci qadın xəstəxanaya yerləşdirilməkdən imtina edib, yerindəcə bütün lazımi tibbi yardım göstərilib”, – Qladkov yazıb.
Qubernator yazır: “Bir yaşayış binasındakı dörd mənzil və dörd avtomobilə ziyan dəyib. Zərər çəkmiş mənzillərin sakinlərinə oteldə müvəqqəti yerləşmə təklif olunur”.
Xuraman Etibarlı,
KONKRET.az
