Rusiya Özbəkistandan dəri və tekstil idxalına BAŞLAYACAQbackend

Rusiya Özbəkistandan dəritekstil idxalına BAŞLAYACAQ

Rusiya Özbəkistandan dəri və tekstil idxalına başlaya bilər.

KONKRET.az xəbər verir ki, Rusiya bazarı üçün idman və rəqs ayaqqabılarının istehsalı üzrə ixtisaslaşmış Rusiyanın “Avanti” şirkəti özbək iş adamları ilə əməkdaşlıq etmək niyyətindədir.

Söhbət xammal və materialların alınmasından, materialların tikilməsi üçün sifarişlərin verilməsindən və hətta Özbəkistanda birgə müəssisənin yaradılması imkanından gedir.

Xüsusilə, tərəfdaşlar Özbəkistandan ayaqqabı altlıqlarının və kətanların (toxuculuq məhsulları) idxalı ilə bağlı təklifləri müzakirə ediblər.
Şirkətlər həmçinin birgə əməkdaşlıq haqqında razılığa gəliblər.

Potensial tərəfdaşların ilkin görüşü artıq onlayn rejimdə keçirilib. Bu dialoqun davamı mayın 25-27-nə nəzərdə tutulub.

Bu günlərdə Daşkənddə Mərkəzi Asiyada dəri, ayaqqabı və xəz sənayesinin ən böyük ixtisaslaşdırılmış beynəlxalq “UzCharmExpo 2022” sərgisi keçiriləcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*