“Rusiya Pasxa bayramını qeyd edərkən, Rumıniya və Moldova müharibəyə hazırlaşır” – İqor Qirkinbackend

"Rusiya Pasxa bayramını qeyd edərkən, RumıniyaMoldova müharibəyə hazırlaşır" - İqor Qirkin

“Rusiya Pasxa bayramını qeyd edərkən, Rumıniya və Moldova müharibəyə hazırlaşır”.

KONKRET.az xəbər verir ki, bu fikri DXR-in keçmiş müdafiə naziri İqor Qirkin (Strelkov) deyib. Onun məxfi mənbələrdən aldığı məlumatlara görə, Rumıniya gizli şəkildə müharibəyə hazırlıq görür. Məhz, “Moldova hərbçiləri” adı altında çoxlu sayda Rumıniya əsgər və zabiti Moldovaya gətirilib.

O, Moldovada hərbi geyim və ayaqqabı, NATO ordusunun ərzaq payı və digər yardımçı hərbi texnikanın olduğu anbarların tələsik yaradılaraq doldurulduğunu deyib.

Silahlar xaricdən gətirilmir, çünki lazımi vaxtda Rumıniya ordusu Moldovanı tutanda “hər şeyi özü ilə gələcək”.

Dnestryanı əraziərdə yaranan narahatlıq Avropanın arxa cəbhəsini gücləndirmək məqsədi ilə edildiyi vurğulanır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*