Rusiya Qazaxıstana hansı hərbi qüvvələrini göndərib? – ŞOK FAKTLARbackend

Rusiya Qazaxıstana hansı hərbi qüvvələrini göndərib? – ŞOK FAKTLAR

“Talanlar zamanı on minlərlə pasport plankının və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Almatı idarəsindən agenturanın şəxsi işlərinin və xüsusi əməliyyatlarla bağlı sənədlərin yoxa çıxdığı bildirilir”.

KONKRET.az xəbər verir ki, bu haqda politoloq Ərəstun Oruclu məlumat verib.

Siyasi ekspert Qazaxıstanın ictimai-siyasi həyatındakı son gəlişmələrə diqqət çəkib:

“KTMT sülhməramlı qüvvələri” adı altında Qazaxıstana daxil olmuş Rusiya ordu hissələrinin və onların nəzarətinə götürülmüş obyektlərin siyahısı belədir:

98-ci hava-desant qüvvələri diviziyası:

– Nur-Sultan (Astana) hava limanı;

– Qazaxstan Silahlı Qüvvələrinin Baş Qərargahının binası;

– Dövlət televiziyasının binası;

45-ci hava-desant qüvvələri diviziyası:

– Almatı hava limanı;

– Qazaxıstan hərbi-hava qüvvələrinin qərargahı;

– Nur-Sultan şəhəri (paytaxt);

602-ci hərbi baza (mümkündür ki, bu, Belarusa aid hərbi birləşmədir):

– Şimkent şəhəri.

31-ci hava-desant briqadası:

– Ust-Kamenoqorsk şəhəri;

– Kazatomprom (Qazaxıstan Milli Atom Sənayesi Şirkəti).

FSB-nin “Senej” Xüsusi Təyinatlı Mərkəzi

– Prezident sarayı (Nur-Sultan)

– Mərkəzi Bank

– Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin binası

414-cü xüsusi dəniz piyadaları taboru:

– Aktau dəniz limanı

Siyahıdakı 45-ci və 98-ci hava-desant diviziyaları Qazaxıstana tam heyətdə yeridilibsə, o zaman söhbət azı 7-8 min hərbçidən gedir. Bundan başqa da Rusiya ordusunun hava-desant diviziyalarının bəzilərinə xüsusi aviasiya alayları da daxildir. Bu diviziyaların aviadəstələrinin Qazaxıstana yeridilməsi haqda məlumat verilmir.

Digər bir məqam isə Rusiya ordusu tərəfindən təkcə mühüm dövlət obyektlərinin deyil, həmçinin Qazaxıstan ordusunun Hərbi Hava Qüvvələrinin və Baş Qərargah binalarının nəzarətə götürülməsidir ki, bu da diqqət çəkməyə bilməz. Belə çıxır ki, Qazaxıstan ordusu faktiki iflic vəziyyətinə salınıb. Bu isə yalnız işğal zamanı həyata keçirilməsi zəruri olan addımdır.

Bundan başqa, daxil olan məlumatlarda talanlar zamanı on minlərlə pasport plankının və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Almatı idarəsindən agenturanın şəxsi işlərinin və xüsusi əməliyyatlarla bağlı sənədlərin yoxa çıxdığı bildirilir”. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*