Rusiya Qərbi hədələdi: “Qazın min kubmetri üçün iki min avro ödəyəcəyiniz yeni dünyaya xoş gəldiniz”backend

Rusiya Qərbi hədələdi: "Qazın min kubmetri üçün iki min avro ödəyəcəyiniz yeni dünyaya xoş gəldiniz”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Avropaya nəql edilən qazın qiymətini min kubmetr üçün 2000 avroya qaldıracağını vəd edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Medvedyev “Şimal axını 2”nin sertifikatlaşdırılmasının dayandırılmasının Avropada qazın birja qiymətinin min kubmetr üçün iki min avroya yüksələcəyinə səbəb olacağını deyib:

“Almaniya kansleri Olaf Şolz “Şimal axını 2” qaz kəmərinin sertifikatlaşdırılmasının dayandırılması barədə göstəriş verib. Avropalılar! tezliklə qazın min kubmetri üçün iki min avro ödəyəcəyiniz yeni dünyaya xoş gəldiniz” – deyə Medvedyev vurğulayıb.

Fevralın 22-də Almaniyanın İqtisadiyyat Nazirliyi “Şimal axını 2”nin sertifikatlaşdırılmasını dayandırıb. Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın layihəsinin tamamilə bloklanmasının vacibliyindən danışıb.

Bu gün isə Avropada qazın qiyməti hərracda bahalaşıb. Hollandiyanın TTF qovşağında mart fyuçerslərinin qiyməti min kubmetr üçün 925 dollara çatıb. Enerji qiymətlərinin artması geosiyasi gərginliklə əlaqələndirilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

  • yusif
    Fevral 22, 2022 - 18:37

    o medved-ayı zad deyil, dönmə-dönük birisidir, əsl soyadı mendeldir, yəni rus deyil, yəhudidir…belə saxtakar-soysuzdan ancaq şər-pislik gözləmək qalır..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*