Rusiya səfiri qırğız dövlətini ittiham etdi: “Rusdilli vətəndaşların hüquqları getdikcə daralır”backend

Rusiya səfiri qırğız dövlətini ittiham etdi: "Rusdilli vətəndaşların hüquqları getdikcə daralır"

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Rusiyanın Qırğızıs Respublikasındakı səfiri bildirib ki, “Dövlət dili haqqında” yeni qanunun qəbulu respublikada rus dilinin sıxışdırılmasına zəmin yaradacaq.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, səfir Nikolay Udoviçenko bildirib:

“Qanun layihəsinin hazırkı formada qəbulu Konstitusiyada rəsmi dil kimi təsbit olunmuş rus dilinin istifadə dairəsinin azaldılmasına və rusdilli vətəndaşların hüquqlarının daralmasına gətirib çıxaracaq”.

Qanun layihəsi xidmət sektorunun qırğız dilinə tərcüməsini nəzərdə tutur. Həmçinin dövlət qulluqçuları, deputatlar, hüquqşünaslar, təhsil və tibb sahəsində çalışanlar üçün dil bilməsi məcburi ola bilər. Bundan əlavə, qırğız dilində verilişlərin yayımının 50%-dən 70%-ə çatdırılması təklif edilir.

Xatırladırıq ki, bir müddət əvvəl Bişkek sakini sərxoş halda qadını qırğızca danışmağa məcbur etdikdən və onu kalkulyatorla vurduqdan sonra cinayət cəzasından yayına bilib. Eyni zamanda, Qırğızıstan hakimiyyəti Türkiyənin geosiyasi layihələrində fəal iştirakını davam etdirir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*