“Dünən 2 yüksək vəzifəli məmur KTMT-dən çıxmaqla bağlı aqressiv açıqlamalar verib. Müxalifətçi deputatın sualını cavablandıran Nikol Paşinyan deyib ki, keçmiş hakimiyyət Ermənistanı müdafiə etməyən, ermənilərə qarşı müharibə planlaşdıran “köpük” ittifaqa girib. Deputatın bu halda KTMT-dən niyə çıxmaması ilə bağlı sualına cavab olaraq o, KTMT-dən ayrılacaqlarını və buna qərar verəcək günü açıqlayıb”.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Daha sonra xarici işlər naziri Mirzoyan kürsüyə yaxınlaşaraq bildirib ki, “Ermənistanın baş naziri demədi ki, biz KTMT-dən çıxırıq, dedi ki, nə vaxt çıxacağımıza qərar verəcəyik, amma geri dönməyəcəyik. Əgər kimsə iddia edir ki, baş nazir Ermənistanın KTMT-dən çıxdığını deyib, yanılır və bunu sübut etmək çox asandır”.
“Yeri gəlmişkən, Rusiya Ermənistanda səfir dəyişikliyi həyata keçirir və onlar İrəvana kifayət qədər ciddi fiqur göndərməyə hazırlaşırlar”, – deyə nəşr məlumat yayıb.
Natiq Səlim,
KONKRET.az
