“Rusiya strateji məğlubiyyətə uğradı” – ABŞ-ın keçmiş dövlət katibibackend

“Rusiya strateji məğlubiyyətə uğradı” - ABŞ-ın keçmiş dövlət katibi

Xəbər verdiyimiz kimi, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Ukrayna hakimiyyətinə səslənərək Rusiyaya ərazi güzəştlərinə getməyə çağırıb. Rəsmi Kiyev isə onu dediyi fikirlərinə görə ittiham edib.

O, ilk dəfə olaraq Davosda sensasion açıqlamasına aydınlıq gətirib.

KONKRET.az xəbər verir ki, Berggruen İnstitutuna verdiyi müsahibədə Kissinger deyib ki, o, fevralın 24-dəki vəziyyətə qayıtmağı nəzərdə tutub.

Siyasətçinin fikrincə, o vaxtdan etibarən ələ keçirdiyi ərazilərin tanınması sanki Kreml üçün bir mükafat olacaq:
“Amma Krım məsələsi danışıqların başqa mövzusu və predmetidir”.

Kissincerin sözlərinə görə, Zelenski də eyni mövqedən çıxış edir:
“Ukrayna son aylarda itirdiyi əraziləri geri almalıdır, bundan sonra danışıqlara başlamaq olar”.

Keçmiş dövlət katibi onu da bildirib ki, Rusiya daha zəif qonşusunu adi qüvvələrlə məğlub edə bilmədiyi üçün artıq strateji məğlubiyyətə uğrayıb:
“Bu o deməkdir ki, Avropanın çoxdankı Rusiya işğalı qorxusu şişirdilib və indi regionda qüvvələr nisbəti kəskin şəkildə dəyişib”.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*