Rusiya sülhməramlıları Ermənistanda qəzaya düşdü, xəsarət alanlar varbackend

Rusiya sülhməramlıları Ermənistanda qəzaya düşdü, xəsarət alanlar var

Ermənistanda Rusiya sülhməramlılarının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Mehri rayonunda olub.

Belə ki, İrana məxsus dövlət seriya nişanlı yük avtomobili Rusiya hərbçiləri üçün ərzaq daşıyan “KamAZ”la toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki hərbçi yaralanıb.

Hadisənin başvermə səbəbi məlum deyil.

Rusiyanın Müdafiə Nazirliyi hələ xəbəri təsdiqləməyib.report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*