Rusiya sülhməramlıların yeni rəhbərini niyə dəyişdi?: Bakının tələbi yoxsa gizli saziş? – AÇIQLAMAbackend

Rusiya sülhməramlıların yeni rəhbərini niyə dəyişdi?: Bakının tələbi yoxsa gizli saziş? - AÇIQLAMA

Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanının yenidən dəyişdiriləcəyi ilə bağlı xəbərlər yayılıb. Belə ki, Rusiya sülhməramlılarına yaxın dairələrə istinadən yayılan xəbərlərdə bir müddət öncə bu vəzifəyə gətirilən Mixail Kosobokovun general-leytenant Gennadi Anaşkinlə əvəz ediləcəyi bildirilib.

Yayılan xəbəri KONKRET.az-a şərh edən Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib ki, Kosobokovun Qarabağa gəlməsinə Bakı razı deyildi: “Bunun nəticəsi idi ki, Kosobokov Azərbaycanda yalnız formal olaraq bir neçə gün sonra və çox sönük qəbul edilmişdi. Çox güman ki, sülhməramlıların başçısı məhz Bakının tələbi əsasında dəyişdi”.

Zaur Məmmədov

Politoloq əlavə edib ki, Bakı və Moskva arasında Kosobokovun dəyişdirilməsi, silah sazişi və Qarabağla bağlı müddətli anlaşma əldə edilib. Sözsüz ki, baş verənlər Bakının diplomatik uğurudur.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*