Müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Rusiyanın tarixini ləkələməyə imkan verməyəcək və bu cür cəhdlərlə qarşı mübarizə aparacaq.
KONKRET.AZ Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi yayıb.
Onun sözlərinə görə, Böyük Vətən müharibəsində qələbənin 75-ci ildönümü ərəfəsində saxtakarlığa qarşı mübarizə tədbirləri görmək xüsusilə vacibdir.
Nazir bildirib ki, nazirlik İkinci Dünya Müharibəsi dövrünün arxivlərindən məxfiləşdirilmiş sənədlərin nəşrini davam etdirəcək.
KONKRET.AZ
