“Bizə mütləq Nikolayev və Odessa lazımdır” – Kulikov Ukraynanı HƏDƏLƏDİ / VİDEObackend

“Bizə mütləq Nikolayev və Odessa lazımdır" - Kulikov Ukraynanı HƏDƏLƏDİ / VİDEO  

Ordu generalı, Rusiya Federasiyasının keçmiş daxili işlər naziri Anatoli Kulikov hesab edir ki, Ukraynanın daha bir neçə bölgəsini ələ keçirmək lazımdır.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Onun sözlərinə görə, rusların qarşısında hələ də bir çox vəzifələr, o cümlədən Ukraynanın yeni rayonlarının işğalı durur.

“Bizə mütləq Nikolayev və Odessa bölgələri lazımdır. Bu, Qərbin Ukraynanı NATO-ya qəbul etmək motivasiyasının qarşısını almaq üçün lazımdır. Belə bir ssenari Ukraynanı Qara dənizdən kəsmək üçün vacibdir”, – deyə Anatoli Kulikov bildirib.

Kulikov əmindir ki, Ukrayna suya çıxışı olan iki rayonu itirsə, NATO-nun ona ehtiyacı olmayacaq.

“Bu, Rusiyanın günahı deyil. Günah millətçilərin və onları bürüyən Qərbin üzərinə düşür. Bizim vəzifəmiz onlara müqavimət göstərməkdir”, – Anatoli Kulikov fikrini yekunlaşdırıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*