“Rusiya Ukraynaya genişmiqyaslı müdaxilə və Kiyevi ələ keçirməyi planlaşdırıb” – Consonbackend

"Rusiya Ukraynaya genişmiqyaslı müdaxilə və Kiyevi ələ keçirməyi planlaşdırıb" - Conson

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxilə etməyi və Kiyevi ələ keçirməyi planlaşdırdığı iddiası ilə çıxış edib.

KONKRET.az bu barədə TASS-a istinadən xəbər verir.

“Qorxuram Prezident Putin əslində Ukraynaya genişmiqyaslı müdaxilə etməyə, sərhəddi keçməyə, müstəqil və suveren Avropa ölkəsini ələ keçirməyə köklənib. Düşünürəm ki, bunun tamamilə bir faciə olacağına heç kimin şübhəsi olmamalıdır”, – Boris Conson hökumətin Ukrayna ilə bağlı fövqəladə iclasında bildirib.

“Əgər Vladimir Putin zorakılıq, işğalçılıq, genişmiqyaslı hücum yolu seçərsə, Kiyevin mühasirəyə alınmaması, Ukrayna paytaxtının ələ keçirilməməsi, onun bu səylərinin uğurlu başa çatmaması və uğursuzluğa düçar olması bizim üçün xüsusi önəm daşıyır”, – o deyib.

B.Conson fevralın 22-də “DXR” və “LXR”in tanınması fonunda Rusiyaya qarşı məhdud sanksiyalar paketinin tətbiq ediləcəyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*