backend

Rusiya və Böyük Britaniya düşmənçiliyinin İLGİNC SƏBƏBLƏRİ - ÖZƏL

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin “London Moskva ilə düşmənçilik edib və bundan sonra da düşmənçilik edəcək” fikirləri birmənalı qarşılanmayıb və geniş müzakirələrə yol açıb. Bu fikirlər iki ölkə arasındakı düşmənçiliyin səbəbləri haqda müəyyən sualların yaranmasına səbəb olub. Maraqlıdır görəsən, Rusiya niyə Britaniyanı özünə düşmən hesab edir? Bu düşmənçilik tarixi köklərə dayanır, yoxsa son dövrlərdəki proseslərlə bağlıdır?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Turan Rzayev bildirib ki, Britaniya üçün düşmən və ya dost anlayışı mövcud deyil. Bu ölkənin maraqları var. Həmin maraqlar çərçivəsindı isə daimi düşmənçilik və ya müttəfiqlik əlaqələri olmur. Tarixin müəyyən dövrlərinə nəzər salsaq görərik ki, Çar Rusiyası və Osmanlı imperiyası Böyük Britaniya ilə ittifaq səviyyəsində olublar. Yeri gəldikdə isə aralarında müharibə də baş verib. Yəni ənənəvi anqlo-saks siyasətinin əsas xarici ünsürlərindən bir də məhz bu amildir. Təbii ki, Böyük Britaniya və Rusiya arasında vaxtilə çox isti münasibətlər də olub. Çar Rusiyası dövründə Romanovlar sülaləsi ilə Britaniyadakı hakim ailə qohumluq əlaqələrinə malik idi. Çar Nikolay kraliça Viktoriyanın nəvəsi olub. Amma Çar Rusiyasının devrilməsi və kommunistlərin hakimiyyətə gəlməsində Britaniya maraqlı tərəf olub. Sovetlər dönəmindəki “soyuq müharibə” zamanı Böyük Britaniya Qərb blokunun lider dövlətlərindən hesab edilib. Ruisya isə şərq blokunda lider olub. Bu baxımdan tərəflər ötən əsrin böyük bir qismini siyasi gərginlik içərisində keçiriblər. Amma təbii ki, Rusiya və Britaniya arasındakı münasibətlərin loyallığı 2000-ci illərdə hiss olunurdu. Lakin Putinin son siyasəti və Ukrayna-Rusiya müharibəsi fonunda Böyük Britaniya ilə münasibətlər gərginləşdi. Bu gərginlik Britaniya vətəndaşı olan Rusiya əsilli şəxslərə qarşı Kreml tərəfindən həyata keçirilən sui-qəsd cəhdlərindən sonra daha da artdı. Bundan başqa Rusiyaya məxsus haker qrupları dəfələrlə kibercinayətlərə əl ataraq Britaniyaya məxsus məxfi sənədlərin ələ keçirilməsinə çalışıblar. Amma Britaniya və Rusiya arasında hazırki gərginliyin əsas səbəbi Ukrayna müharibəsidir”.

Türkiyə seçim qarşısında... - AKP və CHP arasında ağır rəqabət başladı...

Politoloqun sözlərinə görə, rəsmi London Ukraynaya böyük dəstək verir: “Hazırda Böyük Britaniya, Polşa, Baltikyanı ölkələr və Ukraynadan ibarət bir blok yaratmağa çalışır. Hansı ki, bu blok Rusiya və Qərb arasında sədd rolunu oynamalıdır. Üstəlik, Britaniya Putini hakimiyyətdən devirməyi və Rusiyanı zəiflətməyi qarşısına məqsəd qoyub. Rusiyada mərkəzləşmiş bir qüvvənin olması anqlo-saksların maraqlarına uyğun gəlmir. Təbii ki, Medvedyev təcrübəli siyasətçidir. Amma bu fikirləri o, Kremlin diktəsi ilə səsləndirib. Kreml isə Böyük Britaniyanın siyasətini yaxşı bilir. “London Moskva ilə düşmənçilik edir” fikirləri də təsadüfən deyilməyib. Tarixə nəzər salsaq bu iki dövlətin bir-birinə rəqib olduğunu görə bilərik. Britaniya Rusiyada hakimiyyət dəyişikliklərində və hərbi çevrilişlərdə birbaşa iştirak edib. Bu gün Britaniyanın daha çox Rusiya ilə mübarizəsinin şahidi oluruq. Amma Rusiya Britaniyanı özünə rəqib görmür və onunla gərginlikdə maraqlı deyil. Lakin anqlo-sakslar bu məsələdə Kremlin əleyhinə siyasət yeridir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*