“Rusiya və İran Azərbaycanda yaranmış milli birlikdən bərk narahatdır” – Aslan İsmayılovbackend

"Rusiya və İran Azərbaycanda yaranmış milli birlikdən bərk narahatdır" - Aslan İsmayılov

Aslan İsmayılov, tanınmış hüquqşünas

Rusiya və İran bizə dost olmadıqlarını açıq-aşkar nümayiş etdirdi. Bununla belə Azərbaycan Xalqı və Hakimiyyəti bu gün real həyatda mümkün olan hər şeyi etdi. Böyük Vətən Müharibəsinin nəticələri birmənalı bizim Böyük Qələbəmiz, Ermənistanın isə Böyük məğlubiyyətidir! Əminəm ki, yaxın zamanlarda rəsmilər müharibənin yekunu olaraq əldə etdiyimiz uğurlar barədə ölkə əhalisinə ətraflı hesabat verəcəklər.

Bu gün bizim Xalq olaraq yeganə edə biləcəyimiz birliyimizi qorumaq və Dövlətimizin daha da güclü olmasına çalışmaqdır. Bu gün baş tutmuş Qələbimizə kölgə salmaq istəyi Dövlətimizə və Xalqımıza qarşı düşmənçilikdir. Hadisələr hələ irəlidədir.

Gördüyüm isə odur ki, Rusiya və İran Azərbaycanda yaranmış Milli Birlikdən bərk narahatdılar və Azərbaycanda olan maşaları vasitəsilə bu Birliyi pozmaq üçün əllərindən gələni edirlər. Bu məsələdə hamımız olduqca diqqətli olmalıyıq. Allah Azərbaycanı qorusun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*