Rusiya XİN-dən Alen Simonyanın açıqlamalarına SƏRT REAKSİYA – VİDEObackend

Rusiya XİN-dən Alen Simonyanın açıqlamalarına SƏRT REAKSİYA - VİDEO

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan parlamentinin rəhbərinin açıqlamalarına reaksiya verib.
KONKRET.az xəbər verir ki, bir müddət bundan əvvəl Ermənistan parlamentinin rəhbəri Alen Simonyan Rusiya mətbuatının nümayəndələri ilə görüşündə müəyyən “Lavrov planı”ndan söz açaraq, “Qarabağın təslim olması”nda Rusiyanı günahlandırıb.

“Çox təəssüf edirəm ki, bəzi erməni siyasətçiləri Rusiyaya məxsus olmayan “Dağlıq Qarabağın” təslim edilməsi ilə bağlı “absurd” fikirləri nəinki təkzib etmirlər, əksinə, bu cür əsassız mühakimələrlə razılaşırlar”, – deyə Xarici İşlər Nazirliyi qeyd edib.

“Söhbət zamanı Ermənistan Respublikası Milli Məclisinin möhtərəm sədri Alen Simonyan “Rusiyanın Qarabağı təslim etməsi” barədə erməni cəmiyyətinin “fikirlərinə” istinad edərək deyib:

Əgər Ermənistanda kimsə nəyisə təhvil vermək niyyətində idisə, bunu etmək üçün bir neçə variant var idi,  “Lavrov planı” da daxil olmaqla. Eyni zamanda o, heç kimin heç nə təhvil vermədiyini vurğulayıb”, – Rusiya XİN jurnalistlərə bildirib.

“Reallıqda olmayan, təsəvvürdə olan bir şeyi şərh etmək çətindir”, – deyə nazirlik “Lavrov planı”nın da belə xəyali reallıqlara aid olduğunu bildirib.

Alen Simonyanın həmin çıxışını təqdim edirik:

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*