“Rusiya ya təslim olmalı, ya da Qərbi məhv etməlidir” – ŞOK DETALLARbackend

“Rusiya ya təslim olmalı, ya da Qərbi məhv etməlidir” – ŞOK DETALLAR

Volfovits doktrinası (Volfovitz doktrinası – 1992-ci ildə ABŞ Müdafiə Nazirinin müavini Pol Volfovitz və onun köməkçisi Skutter Libbi tərəfindən hazırlanan,1994-1999-cu illər üçün ABŞ-ın xarici siyasəti və müdafiəsi ilə bağlı strateji tövsiyələr toplusudur)  bugünkü müasir Rusiyada yalnız iki variantın mövcud olduğunu göstərir. Bununla belə, məsələnən belə qəti ifadəsi bütün dünya üçün son dərəcə təhlükəli ola bilər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 1992-ci ildə Sovet İttifaqının dağılmasından qısa müddət sonra ABŞ Müdafiə Nazirinin müavini Pol Volfovitz Yeni Dünya Doktrinasını təqdim etdi. Orada bildirilirdi ki, Birləşmiş Ştatlar planetin yeganə fövqəldövlətinə çevrildiyi üçün nəyin bahasına olursa-olsun bu statusu saxlamalı və yeni rəqibinin yaranmasının qarşısını almalıdır.

Sonrakı illər göstərdi ki, ABŞ doktrinada nəzərdə tutulan tövsiyələrə əməl edib. NATO-nun genişlənməsi, başqa dövlətlərin işlərinə qarışması, İraq və Əfqanıstanın işğalı, 1992-ci ildə qəbul edilmiş müddəalara uyğundur. Bu doktrinaya görə, Rusiya ya öz suverenliyindən əl çəkərək təslim olmalı, ya da Qərbi məhv etməlidir.

Tanınmış amerikalı politoloq və iqtisadçı, Reyqan administrasiyasının əməkdaşı olmuş Pol Kreyq Robertsə görə, ABŞ hələ də Rusiyanı bu seçim qarşısında qoyur. O, qeyd edir ki, Qərb Rusiyanı küncə sıxışdırmağa çalışır. Bunun bariz nümunəsi Litvanın Kalininqrad vilayəti üçün tranzit blokadası yaratmaq cəhdi idi. Bu təxribat Moskvanı Qərbin ancaq güc dilindən anladığını başa düşməyə sövq edir. ABŞ hətta daha da irəli gedərək indi də Çin seçim qarşısında qoyur – təslim olmaq və ya müharibəyə getmək.

Keçmiş Ağ Ev rəsmisinin sözlərinə görə, Vaşinqton sadəlövhcəsinə inanır ki, yalnız hərbi güc illüziyası ilə Rusiya və Çini tabe edə bilər. Lakin müasir dünya çoxqütblüdür və ABŞ-ın hegemonluğu yox olur.

Rusiyalı politoloqlar isə hesab edirlər ki, ABŞ siyasətçiləri Kremlin təslim olacağını düşünməklə səhv edirlər. Çünki Rusiya sübut etdi ki, sanksiyalara uğurla müqavimət göstərə bilər və Qərbin artıq mübarizə aparmaq üçün başqa vasitələri yoxdur.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*