Rusiya yaxınlığında riskli manevr: Moskva nota verməyə hazırlaşırbackend

Rusiya yaxınlığında riskli manevr: Moskva nota verməyə hazırlaşır

ABŞ kəşfiyyat təyyarəsinin Qara dəniz üzərində Rusiyanın sərnişin təyyarəsinə yaxınlaşmasına görə nota veriləcəyi bildirilib.

KONKRET.az xəbər verir ki, Moskva NATO-nun missiyası çərçivəsində uçan ABŞ kəşfiyyat təyyarəsinin Qara dəniz üzərində Rusiya sərnişin təyyarəsinə yaxınlaşdığını iddia edib.

Rusiya Federal Aviasiya Agentliyindən verilən açıqlamada ABŞ-a məxsus “Artemis CL-600” tipli kəşfiyyat təyyarəsinin Qara dəniz üzərində uçuşu zamanı içində 142 sərnişini olan Rusiyanın “Aeroflot” aviaşirkətinin sərnişin təyyarəsinə yaxınlaşdığını bildirib.

Qeyd olunub ki, Rusiyanın gördüyü tədbirlər sayəsində mümkün faciənin qarşısı alınıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qara dənizdəki olayla bağlı etiraz notası veriləcəyini açıqlayıb.

Rusiya nəzarət mərkəzinin zabitlərinin bütün xəbərdarlıqlarına baxmayaraq ABŞ təyyarəsindən cavab gəlmədiyini deyən Zaxarova qeyd edib:

“Əgər Qara dəniz üzərindəki baş verə biləcək faciənin qarşısı alınıbsa, bu o demək deyil ki, ABŞ və NATO insanların həyatını riskə ata biləcək davranışlara davam edə bilər. Uçuşların Qara dəniz bölgəsində mülki təyyarələrin təhlükəsizliyi üçün risk yaratdığını nəzərə alaraq, Rusiya diplomatik kanallar vasitəsilə etirazını bildirəcək”./teleqraf/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*