Rusiya yenidən AŞPA-dan çıxacağı ilə hədələdibackend

Rusiya yenidən AŞPA-dan çıxacağı ilə hədələdi

AŞPA-da Rusiya nümayəndə heyətinin səlahiyyətləri məhdudlaşdırılarsa, qış sessiyasını tərk edəcəklər.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy yanvarın 27-də səsləndirib.

Qeyd edək ki, bu gün sessiyanın ilk günündə AŞPA deputatları Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin avtomatik təsdiqini dayandırıblar. Rusiya Federasiyasının şikayəti iki gün ərzində qəbul edilməlidir.

“Mən inanıram ki, əksəriyyət bu qərarı dəstəkləməyəcək. Dəstəkləsələr, biz AŞPA-nı tərk edəcəyik”, – deyə Tolstoy xəbərdarlıq edib. O dəqiqləşdirib ki, opponentlər Rusiyanı Konstitusiyaya ediləcək düzəlişlərə görə qınayırlar.

“Krımdan parlamentdə deputatlarımızın olması ilə bağlı iddialar isə artıq Venesiya Komissiyası tərəfindən rədd edilib”, – deyə Tolstoy bildirir.

“Bizim səlahiyyətlərimizin istənilən ölçüdə məhdudlaşdırılması Rusiya nümayəndə heyətinin AŞPA meydançasından getməsinə səbəb olacaq”, – deyə Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski öz növbəsində bildirib.

Bununla yanaşı, o, RF nümayəndə heyətinin çərşənbə günü nəzərdən keçiriləcək məruzədə səlahiyyətlərinin hər hansı şəkildə məhdudlaşdırılmasını qeyri-mümkün hesab edir.

Xatırladaq ki, ötən yay AŞPA Rusiya nümayəndə heyətinin qayıtmasına dair qətnaməni dəstəkləyib. Sənəd Assambleyanın qaydalarını dəyişib və xüsusilə Rusiyaya qarşı sanksiyaların tətbiqi prosedurunu çətinləşdirib.

Sonradan məlum olub ki, Ukrayna rəsmən AŞPA-da işini dayandırıb. Bu gün Ukrayna nümayəndə heyəti AŞPA-nın qış sessiyasına qayıdıb.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*