Rusiya Sərhəd Qoşunlarının Zəngəzurda qüvvələrini artırması bizi narahat etməməlidir. Əksinə, düşünürəm, bu, bizim xeyrimizə ola bilər. Məsələ ondadır ki, rəsmi Bakı bu gün 10 noyabr bəyanatına uyğun olaraq Zəngəzur dəhlizinin tez bir zamanda açılmasını istəyir. Rusiya Sərhəd Qoşunlarının Zəngəzurda mövcudluğunu artırması bu prosesin daha da sürətlənməsinə gətirib çıxara bilər.
KONKRET.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Ermənistan nəinki Rusiyanın, istədiyi ölkənin ordusunu ölkəsinə dəvət edə bilər:
“Bunun bizə heç bir dəxli yoxdur. Rəsmi Bakının niyyəti hər kəsə bəllidir. Biz sərhədlərimizin bərpasını istəyirik və bunu qəti olaraq gerçəkləşdirəcəyik”./axar.az

Rus gavurları öz maraqlarını bizim üçün qorumurlar…ortada TÜRK BİRLİYİ MƏSƏLƏSİ var və gavurlar bu birliyi nəzarətə götürmək istəyirlər…özü də Zəngəzur dəhlizi üzərindən..tezliklə Zəngəzur dəhlizi üzərindən rus gavurları Türkiyə ilə alış-verişə başlayacaqlar…yəni Türkiyəyə öz şərtlərini diktə etməyə başlayacaqlar….bunun harası bizim xeyrimizədir, millətim? Bilən Varmı?