Rusiyanın Zabaykalye diyarında 8 hərbçini güllələyən əsgərin kimliyi məlum olub.
KONKRET.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, hərbçi yoldaşlarını qətlə yetirən əsgər Ramil Şamsuddinovdur. O, saxlanılaraq barəsində cinayət işi açılıb.
Hadisə keşik çəkən əsgərlərin növbəsinin dəyişməsi zamanı baş verib. Təmir-texniki bazanın əsgəri olan R.Şamsuddinov tabel silahından atəş açaraq beş müddətli xidmət çəkən əsgər, bir muzdlu hərbçi və iki zabiti öldürüb, daha iki nəfər ağır yaralanıb.
