Rusiyada Ermənistanın Azərbaycana hansı səbəbdən uduzduğu geniş müzakirə olunurbackend

Rusiyada Ermənistanın Azərbaycana hansı səbəbdən uduzduğu geniş müzakirə olunur

“Hər gün Azərbaycan Müdafiə Nazirliyinin qalib hesabatlarını izləyərkən hər dəfə özümdən soruşurdum: Necə oldu ki, Ermənistan bütün məsələlərdə itirir və praktiki olaraq bütün Dağlıq Qarabağı təslim edir?”

KONKRET.az xəbər verir ki, bu fikirlər rus sosial şəbəkələrində geniş yayılmış fikirlər silsiləsindədir.

Rus siyasi şərhçiləri, sosial şəbəkənin aktiv üzvləri, ekspertlərin gəldiyi ümumi qənaət belədir ki, Ermənistan bir çox məsələlərdə hələ bundan sonra da 10 illiklər boyu Azərbaycandan geri qalacaq.

Bunlar əsasən aşağıdakılardır:

Birincisi: Demoqrafik böhran

Ölkədə güclü düşmənə tab gətirə biləcək güclü ordu quracaq heç bir insan potensialı yoxdur. Ermənistanda bu günnü statistikasına görə cəmi 2 milyon, Dağlıq Qarabağda isə 70 min adam yaşayır. Bu adamların əksəriyyəti də uşaqlarını Rusiyadan göndərdikləri pulla dolandırırlar.

Bəlkə  ermənilər diasporu köməyə çağıraydı? Onlardan isti Moskva çarpayılarından çıxmaları və Azərbaycan pilotsuz təyyarələrinin zərbələri altında səngərlərdə ölmələri istəniləydi?

Bu ölkədə gənc ermənilər müharibəyə getmək üçün avtobuslara məcbur doldurulurdu. İnanın ki, Nyu-Yorkdan olan erməni İrəvandakından daha çox vətənpərvər görünür.

İkincisi:  Baxışların dəyişdirilməsi

Müasir erməniləri Böyük Vətən müharibəsi illərində vətənləri uğrunda canlarından keçməyə hazır olanlarla qətiyyən müqayisə  etmək olmaz. SSRİ-nin dağılması sanki, ermənilərin mübarizə aparmaq istəyini tamamilə boşaltdı .İndi heç kim vətəni üçün vuruşmaq istəmir.

Azərbaycanda isə bunun tam əksini görürük. Azərbaycanlılar döyüşə çox böyük həvəslə gedirlər. Deməli, hər iki tərəfdə Vətənə baxış məsələsi tam fərqlidir.

Üçüncüsü: Texnologiya

44 günlük müharibədə Erməni ordusunun ciddi çatızmazlığı üzə çıxdı. Bütün erməni “hərbçiləri” tamamilə keçmişdə qalıb. Bütün hərbi doktrinalar keçən əsrin ortalarına aiddir. Həyat tank müharibəsi fikrinin reallıqlarla necə uyğun olmadığını açıq şəkildə göstərdi. “Bayraktar” olduqca dəqiq vururdu. Hərbi qarşıdurmanın formatı sürətlə dəyişir və köhnəlmiş ordu məğlub olmağa məhkumdur. Bütün pilotsuz təyyarələr, istənilən tank formasiyasını məhv edir. PUA vurulsa belə, operator dərhal digərini havaya qaldıracaq.

Dördüncüsü: Müttəfiqlərin olmaması

Ermənistanda uzun müddət bütün ruslarla mübarizə aparıldı və bu da son ay yarımda əvəzsiz qalmadı. Ermənistanın tək və yeganə müttəfiqi olan Rusiya İrəvandan üz çevirdi.

Beləcə, hər kəsin Ermənistanın məğlubiyyətindən ciddi nəticələr çıxartması lazımdır. Çünki, heç bir dövlət, hər şeydən sığortalanmayıb.

Hazırladı: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*