Rusiyada hökumət binasına molotof kokteyli ATDILARbackend

Rusiyada hökumət binasına molotof kokteyli ATDILAR

Ötən gecə naməlum şəxs Rusiyanın Murmansk vilayətində yerləşən hökumət binasına iki molotof kokteyli atıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Mash Telegram” kanalı məlumat yayıb.

İlkin məlumatlara görə, hücum gecə saat 1 radələrində baş verib. Cinayətkar hadisə yerindən qaçıb.

Hadisə nəticəsində binanın qapısı yararsız hala düşüb. Hücum zamanı ofisdə bir neçə vəzifəli şəxs olub. Onlardan heç biri xəsarət almayıb.

Hüquq-mühafizə orqanları hadisəni törədən şəxsi axtarır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*