Rusiyada işlətmək üçün 500 minə yaxın ukraynalı ZORLA APARILDI – Yüz mini uşaqdırbackend

Rusiyada işlətmək üçün 500 minə yaxın ukraynalı ZORLA APARILDI - Yüz mini uşaqdır

Rusiya 500 minə yaxın ukraynalını zorla Ukraynadan aparıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Dmitri Lubineç deyib.

O, Rusiyanın 500 minə yaxın ukraynalını zorla Ukrayna ərazisindən çıxarıb apardığını və onları əmək miqrantına, regionlarında ucuz işçi qüvvəsinə çevirməyi planlaşdırdığını bildirib.

Məlumata görə, Rusiyaya zorla aparılan ukraynalıların 100 mini uşaqdır.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*