Rusiyada Müdafiə Nazirliyinin rəsmisinin avtomobili YANDIRILDI – VİDEObackend

Rusiyada Müdafiə Nazirliyinin rəsmisinin avtomobili YANDIRILDI - VİDEO

Moskvada Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmisinin avtomobili yandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

Naməlum şəxs kanistrdən BMW-yə benzin töküb. Sonra o, sadəcə olaraq xarici avtomobili yandırıb.

Məlumata görə, avtomobil Rusiya Silahlı Qüvvələri Baş Qərargahının hərbi senzuraya cavabdeh olan 8-ci İdarəsinin rəis müavininə məxsus olub.

Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini Yevgeni Sekretaryovun BMW X6 markalı avtomobili Leninqrad şossesində həyətdə dayanıb.

Ehtimala görə, maşını naməlum qadın kanistrdən benzin tökərək yandırıb.

İlkin məlumatlara görə, o, artıq saxlanılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*