Rusiyada müxalifət lideri Stalin və Hitler haqqında paylaşıma görə SAXLANILDIbackend

Rusiyada müxalifət lideri Stalin və Hitler haqqında paylaşıma görə SAXLANILDI

Moskvada təhlükəsizlik qüvvələri müxalifət lideri Qozmanı Stalin və Hitler haqqında yazdığı yazıya görə saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “OVD-İnfo” insan haqları layihəsi məlumat yayıb.

Avqustun 29-da Moskvada təhlükəsizlik qüvvələri rusiyalı müxalifət lideri Leonid Qozmanı saxlayıb. Ona qarşı faşist və stalinistin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı iş açılıb.

“Facebook” paylaşımına görə Qozman barəsində inzibati iş açılıb. Müxalifətçi yazıb ki, nasist Almaniyasının başçısı Adolf Hitler mütləq şərdir, SS isə cinayətkardır, lakin sovet diktatoru İosif Stalin və NKVD bundan da pisdir.

İlkin məlumatlara görə, Rusiya təhlükəsizlik qüvvələri xəstəxananın yaxınlığında Qozmanla “qarşılaşıb”.

Qozman əvvəlcə şöbəyə getməkdən imtina edib, çünki sənədi yox idi və həkim qəbuluna qayıtmalı idi. Daha sonra müxalifətçi vəkil çağıraraq onunla birlikdə polis idarəsinə gedib.

Bu iş üzrə məhkəmə baxışı çərşənbə axşamı, avqustun 30-na təyin edilib. Siyasətçini 15 günə qədər həbs və 2000 rubla qədər cərimə gözləyir.

Xatırladaq ki, 2021-ci ildə Rusiya Federasiyası kommunistləri nasistlərlə eyniləşdirməyi qadağan edən qanun qəbul edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*