Ruslar pandemiyanın yeni dalğasının olacağını proqnozlaşdırırlar.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, koronavirusun yeni növləri ölkədə yoluxma hallarının artmasına səbəb ola bilər.
“İzvestiya” nəşrinin yazdığına görə, Omikron-un yeni ştamları yoluxma hallarının artmasına ciddi təsir göstərə bilər. Artıq koronavirusun yeni növlərindən biri ABŞ-da sürətlə yayılmağa başlayıb” – deyə nəşr qeyd edir.
Mütəxəssislər bildirirlər ki, BA.2.12.1 ştammı bu gün ştatlarda artıq dominant hesab olunur. Onun təkcə bir dövlətin ərazisində qalmayacağı və geniş yayılacağı isə gün kimi aydındır. Mütəxəssislər hesab edirlər ki, Cənubi Afrika ölkələrindən də yeni ştamlar Rusiyaya gələ bilər.
Məhz bu üç ştamın Rusiya ərazisində koronavirusun genişmiqyaslı yayılmasına gətirib çıxarması mümkündür. Bu ştamlar öz xüsusiyyətlərinə görə, pandemiyanın yeni dalğasını başlada bilər.
Müşviq Tofiqoğlu,
KONKRET.az
