Rusiyada partlayışda ölənlərin sayı ARTDI – YENİLƏNİBbackend

Rusiyada partlayışda ölənlərin sayı ARTDI - YENİLƏNİB

Rusiyanın Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl regionun rəhbəri Valeri Limarenko teleqram kanalında səkkiz nəfərin öldüyünü bildirib. Onun sözlərinə görə, ölənlər arasında dörd uşaq da var.

***

09:22

Rusiyanın Saxalin vilayətinin Tımovskoye qəsəbəsində beşmərtəbəli yaşayış evində qaz partlayışı olub.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində binanın bir hissəsi dağılıb.

Hadisə nəticəsində 3 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*