Rusiyada polis mayoru cinsini dəyişdi – FOTObackend

Rusiyada polis mayoru cinsini dəyişdi - FOTO

Moskva polisində çalışan qadın cinsini dəyişərək kişi olub.

KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin mayor rütbəli 35 yaşlı əməkdaşı yeni sənədləri vətəni Proxladnı şəhərində alıb.

O, yanvarda yeni doğum haqqında şəhadətnamə və pasport əldə edib. Fevralın 1-də isə Moskva Daxili İşlər Nazirliyi tərəfindən lazımi əmr verilib.

Bildirilib ki, qadının əvvəlki adı Mariya, indiki adı isə Aleksandrdır. Onun tibbi müdaxilə – hormon terapiyası və ya cərrahiyyə əməliyyatı keçirməsi məlum deyil.

Ad dəyişikliyindən iki gün sonra mayor istefa ərizəsi verib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*