Rusiyada radarlardan itən An-26 təyyarəsinin qəzaya uğradığı bəlli olub.
KONKRET.az TASS xəbər verir ki, təyyarənin qalıqları Palan qəsəbəsi ərazisində tapılıb.
Təyyarədəki 22 sərnişin və altı heyət üzvü arasında sağ qalan olmadığı bildirilir.
***
12:35
Xilasedicilər Kamçatkada qəzaya uğrayan An-26 sərnişin təyyarəsinin düşdüyü yeri müəyyənləşdiriblər.
KONKRET.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.
Təcili yardım xidmətinin nümayəndəsinin sözlərinə görə, Petropavlovskdan Kamçatkanın Palan qəsəbəsinə uçan təyyarənin dənizə düşdüyü ehtimal edilir.
Təyyarənin göyərtəsində 6 ekipaj üzvü, iki uşaq və qəsəbə başçısı Olqa Moxireva da daxil olmaqla 22 sərnişin olub. Qəza ilə bağlı xüsusi komissiya yaradılıb, qaynar xətt işləyir. Hazırda meteoroloji şərtlər axtarış üçün əlverişsizdir.
***
10:05
Rusiyada “An-26” tipli sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Kamçatka əyaləti üzrə Baş idarəsinin Mətbuat xidməti yayıb.
Məlumata əsasən, 6 iyul tarixində Petropavlovsk-Kamçatka-Palana reysi üzrə sərnişin daşıyan “An-26” təyyarəsi plan üzrə nəzərdə tutulan vaxtda əlaqə yaratmayıb.
İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 1 uşaq, 6 heyət üzvü də daxil olmaqla 22 sərnişin var.
Petropavlovsk-Kamçatska ərazisindən və Ossora qəsəbəsindən regional axtarış-xilasetmə bazasının xilasediciləri təyyarənin axtarışına başlayıb. FHN-in Kamçatka əyaləti üzrə axtarış-xilasetmə qrupları da axtarışlara qoşulub.
Həmçinin qeyd olunur ki, tələb olunarsa, axtarışlar zamanı “Mi-8” vertolyotu və “İl-38” hərbi təyyarələrindən də istifadə olunacaq.
***
TASS agentliyi xəbər verir ki, təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 23 sərnişin olmaqla 29 nəfər olub.
