Rusiyada səfərbərlik elan olundubackend

Rusiyada səfərbərlik elan olundu

Rusiyada qismən səfərbərlik elan edilib.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, bu barədə Prezident Vladimir Putin Fərman imzalayıb.

Bildirilib ki, Putin ruslara, eləcə də  “DXR”, “LPR”, Xerson və Zaporojye vilayətlərinin sakinlərinə müraciət edib.

Qeyd edilib ki, səfərbərliyə hərbi xidməti başa vurmuş vətəndaşlar çağırılacaq. Onlara xidmətə göndərilməzdən əvvəl əlavə təlim keçiriləcək.

“Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan, ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq. Hərbi xidmətə çağırılanlar bölmələrə göndərilməzdən əvvəl əməliyyat təcrübəsi nəzərə alınmaqla, əlavə hərbi hazırlıq keçəcəklər”, – fərmanda qeyd edilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*