Rusiyada təyyarə qəzası: 4 ölü, 12 yaralı – YENİLƏNİBbackend

Rusiyada təyyarə qəzası: 4 ölü, 12 yaralı - YENİLƏNİB

Rusiyanın İrkutsk vilayətində “L-410” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, ölənlərin ikisi sərnişin, ikisi pilotdur.

Qalan 12 nəfər xəsarət alıb, sərnişinlərdən birinin vəziyyəti çox ağırdır. Onlardan ikisi təyyarənin içərisində sıxılmış vəziyyətdə qalıb, onların çıxarılması üçün işlər görülür.

***

 20:46
Rusiyada göyərtəsində 16 nəfərin olduğu L-410 sərnişin təyyarəsi sərt eniş edib.

KONKRET.az TASS-a istinadən xəbəər verir ki, hadisə İrkutsk əyalətində olub.

Kazaçinsk yaşayış məntəqəsində 14 sərnişinin və 2 heyət üzvünün olduğu təyyarənin sərt eniş etməsi nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. İlkin məlumata görə, təyyarə eniş zamanı parçalanıb. Bir neçə nəfər salondan çıxmağa müvəffəq olub.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, hadisənin təfərrüatları araşdırılır.

Əraziyə xilasedicilər cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*