Tümendə 9 mərtəbəli binada yanğın baş verib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, yanğın lokallaşdırılıb, 30 nəfər xilas edilib, 63 insan təxliyə edilib.
Hadisə yerində yanğınsöndürmə və xilasetmə bölmələri işləyir.
Xəsarət alanlar barədə məlumat verilmir.
