Rusiyadakı Azərbaycan lobbisinin arxasında Ərdoğan dayanır – Satanovskidən ŞOK AÇIQLAMAbackend

Rusiyadakı Azərbaycan lobbisinin arxasında Ərdoğan dayanır - Satanovskidən ŞOK AÇIQLAMA

“Rusiyadakı Azərbaycan lobbisinin arxasında Ərdoğanın siması dayanır”.

KONKRET.az xəbər verir ki, bu açıqlama ilə Yaxın Şərq İnstitutunun prezidenti, şərqşünas-alim Yevgeni Satanovski çıxış edib.

O bildirib ki,  Rusiyadakı Azərbaycan diasporunun lobbiçilik fəaliyyətinə nəzər saldıqda, onların hər birinin arxasında Ərdoğanın simasını görmək mümkündür:

“Azərbaycanın İnternet şəbəkəsindən tutmuş, ölkənin bugünkü rəsmi və qeyri-rəsmi siyasətində Türk ritorikası hiss olunur. Biz artıq  münasibətləri Türkiyə ilə aydınlaşdırırıq. Azərbaycan artıq qardaş respublika deyil və bu bir faktdır. Biz bu faktla yaşamalı olacağıq” – deyə Satanovski vurğulayıb.

O əlavə edib ki, Azərbaycanda Türkiyənin mövqelərinin gücləndirilməsi prosesi daha fəaldır. Bu, özünü Şuşa müqaviləsində, Bakı Bəyannaməsində və Bakı ilə Ankaranın postsovet məkanındakı fəaliyyətində göstərir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*