Moskva Ermənistanın sərhədyanı rayonlarında Avropa İttifaqının mülki monitorinq missiyasının yaradılmasına sərt reaksiya verib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Artıq aydındır ki, Aİ-nin iştirakı keçən ilin oktyabrından dekabrına kimi Ermənistanda fəaliyyət göstərən Avropa Birliyinin monitorinq mexanizmindən daha geniş olacaq.
Əgər Brüssel səmimi qəlbdən Zaqafqaziyada sülhün bərqərar olmasında maraqlı olsaydı, onlar Azərbaycanla öz missiyalarının şərtlərini razılaşdırardılar.
Aİ-nin nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək cəhdləri, Rusiyanın vasitəçilik səylərinə təzyiq göstərməsi ermənilərin və azərbaycanlıların regionun sülh yolu ilə inkişafına qayıtmaq istəklərində köklü maraqlarına zərbə vura bilər.
Qeyd edirik ki, İrəvanda KTMT missiyası istiqamətində işi məntiqi nəticəyə gətirmədən, Aİ-nin xeyrinə seçim etməyə üstünlük veriblər.
Əgər erməni müttəfiqləri KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər”, – məlumatda deyilir.
Xuraman Etibarlı,
KONKRET.az

Rusiya əvvəl özünün Azərbaycanın milli maraqlarına vurduğu zərərləri araşdırsın!