Rusiyadan gələn “DAF” və “Mercedez-Benz” markalı yük avtomobillərinə “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttində baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən KONKRET.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 5 708 həb, 3 150 kapsul, 590 ampula, 10 flakon müxtəlif adda dərman preparatı, 1 780 ədəd tibbi şam və kremlər, eləcə də 1 ədəd “Canon” markalı fotoaparat və həmin fotoaparata məxsus aksesuarlar aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
