“Rusiyadan Nikol Paşinyana növbəti sillə”.
KONKRET.az xəbər verir ki, bunu erməni nəşri “Past” yazıb. Saytın yazdığına görə, uzun müddətdir ki, Baş naziri Nikol Paşinyanın Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyandan yaxa qurtarmaq istədiyi barədə xəbərlər yayılıb. Məlumata görə, Nikol Paşinyan bu vəzifəyə general Vaqarşak Arutyunyanı təyin etməyə çalışır.
“Lakin Vaqarşak Arutyunyan rusların ürəyincə deyil və Rusiya bunu açıq şəkildə bildirib. Nikol Paşinyan diplomatik sahəyə daha bir qeyri-peşəkar kadrı gətirməyə çalışarkən, Rusiya “at gedişi” edərək, Rusiya-Ermənistan müttəfiqliyinin möhkəmləndirilməsində xidmətlərinə görə V.Putinin fərmanı ilə Vardan Toqanyan “Dostluq” ordeni ilə təltif edir.
Əldə olunan məlumata görə, həm Ermənistan, həm də Rusiya diplomatik korpusu əmindir ki, problem Vardan Toqanyanın şəxsiyyətində deyil, Nikol Paşinyanın növbəti perspektivsiz addımındadır. Diplomatların fikrincə, bu, Rusiyanın diplomatiyadan çox uzaq olan Nikol Paşinyana mesaj göndərdiyi növbəti sillədir”, – sayt yazır.
Xuraman Etibarlı,
KONKRET.az

Pasinyan Putindən 100 ağıllı adamdır gələcəkdə bunu isbat edəcək,ermənilərin eləcə də bütün Qafqazın gələcəyi russuz əla olar,bunuda Nikol düzgün qavrayır və mədəni surətdə bunu etməyə çalışır!
Putin rusiyanı öz intellekti ilə idarə edir və bu da bir çox fəsadlara yol açır,artıq günü-gündən Rusiya ətrafında ..həlqə ..daralaraq Kremli çıxılmaz vəziyyətə düçar edib!
Putin düşmənlərini günün günorta çağı Avropanın ..göbəyində.. terror etməkdən cəkinmir,Xanqosvilinin Berlində qətli bütün dünyada rusları bir daha gülüş obyektinə cevirdi!