Rusiyadan Türkiyə məhsullarına qadağa: Tonlarla pomidor, üzüm…backend

Rusiyadan Türkiyə məhsullarına qadağa: Tonlarla pomidor, üzüm...

Rusiyanın Bryansk vilayətinin gömrük işçiləri Türkiyədə istehsal olunan 59 ton pomidor və 17 ton üzümün ölkəyə idxalına icazə verilməyib.

KONKRET.az Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir ki, Türkiyədən Krasnodar və Moskvaya gedən pomidorlarda karantinə alınan Cənubi Amerika güvə zərərvericisi aşkarlanıb.

Digər tərəfdən, Novorossiysk Limanında Türkiyədən gələn 5 növ üzümün oxşar səbəbdən idxalına icazə verilməyib. Səlahiyyətlilər ümumi çəkisi 17 ton olan üzümdə Aralıq dənizi meyvə milçəklərinin aşkarlandığın açıqlayıb.

Rusiya mətbuatı məhsulların ixracatçı şirkətə qaytarıldığını yazır./teleqraf/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*